Müğənni Nazim Pişyari səhhətindəki problemlə bağlı yenidən Türkiyəyə yollanıb.
Teleqraf.com xəbər verir ki, “Faytonçu” ləqəbli sənətçi bu barədə İnstaqramda yazıb.
O bildirib ki, həkim artıq heç bir ciddi problemin qalmadığını deyib: “Bütün dostlarımı, qohumlarımı, ailəmi, məni sevənləri sevindirməyə tələsirəm. Yoxlanışdan keçdim, nəticə əla oldu. Sağlamam... Bütün həkimlərimə təşəkkür edirəm”.
Qeyd edək ki, Faytonçu Nazim Bakıda öd kisəsindən əməliyyat olunub. Özünün iddiasına görə, həkim səhvi nəticəsində o, 12 saat əməliyyatda qalıb, daha sonra ona xərçəng diaqnozu qoyulub.
Müğənni İsrail və Türkiyədə müalicə alıb, bir neçə dəfə əməliyyat olunub. Xərçəng diaqnozu isə səhv çıxıb.