“Qurdlar vadis” serialı bu dəfə Almaniyada ortaya çıxıb.
Teleqraf.com xəbər verir ki, Berlinin “Cine Star” teatr binasında “Panafilm”in çəkdiyi “Qurdlar vadisi - Vətən” filminin premyerası keçirilib.
Teleqraf.com xəbər verir ki, filmdə ötən il Türkiyədə dövlət çevrilişinə cəhd və bu cinayətin qarşısının alınmasından bəhs edir.
Qala-gecəyə filmin aktyor heyətindən Necati Şaşmaz, Sinem Öztürk, Cahit Kayaoğlu, Ərhan Ufak və Ərtoğrul Şakar iştirak edib. Necati Şaşmazın həyat yoldaşı Nagehan Şaşmaz da tədbirə qatılıb.
Filmin göstərilməsi Necati Şaşmazın 3 aylıq körpəsinin salonda olması səbəbindən bir saat gec başlayıb.
Mətbuat konfransında Necati Şaşmaz bildirib ki, bu film həm Türkiyə, həm də dünya üçün əhəmiyyətli hadisədir.
O, daha sonra qeyd edib ki, “Qurdlar vadisi - Pusu” bundan sonra “Qurdlar vadisi - Xaos adlandırılacaq: “Film ekranlara dönəcək, ancaq başqa adla. Adını “Qurdlar vadisi - Xaos” qoymağı düşündük. Yeni serialda yaxın zamanlarda bölgəmizdə yaşanan böhranı, Türkiyənin qarşılaşdığı çətinlikləri izah etməyə çalışacağıq. Serial yanvar ayından ekranlarda olacaq”.