Dünya TV-nin efirində aparıcı Fərqanə Gülağaqızının təqdimatında yayımlanan “Bu bizik” proqramının növbəti bölümü efirə gedib.
Teleqraf.com xəbər verir ki, bu dəfə verilişin qonağı əməkdar artist xanəndə Sevinc Sarıyeva olub.
Sevinc Sarıyeva 30 ildir sənətdə olmasına baxmayaraq, çox az tanınması və son illər tanınmağa başlamasından danışarkən 30 ildə bir yerdə oturmadığını, çalışdığını bildirib:
“Sənətə gəlişim böyük çətinliklə olub. Xoşbəxtəm ki, qarşıma çıxanların hamısı dəyərli insanlar olub. İllər öncə sənətə gələndə qolumdan tutub qaldıran xeyirxah insanla yaxın zamanlarda el şənliklərinin birində rastlaşmışıq”.
“Ölkənin qarışıq vaxtlarında atam da əsir getmişdi. 1990-cı ildə Konservatoriyaya qəbula gəlmişdim. O vaxt orda Vasif Məhərrəmli, Azərin, Aygün Bayramov var idi. Mən onda müsiaqiyə aid olan bütün proseslərdən keçdim, lakin rus dilindən kəsildim. Bəstəkarımız Süleyman Ələsgərov məni Asəf Zeynallıya hazırlıq üçün apardı. Dedi ki, buranı qutarmadan, konservatoriyaya çətin qəbul olsarsan”.
Verilişdə xanəndənin sevilən musiqiləri də səsləndirib.
Qeyd edək ki, Teleqraf.com “Bu bizik” proqramının informasiya dəstəkçisidir.