Türkiyənin məşhur müğənnisi Sərtab Ərənərə ağır itki üz verib.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, müğənninin 85 yaşlı atası Nizaməddin Ərənər vəfat edib.
İxtisasca hüquqşünas olan və vəkillik fəaliyyəti göstərən N.Ərənərin uzun müddətdir İstanbulda xəstəxanaların birində müalicə alırdı. Tədbir üçün Adana şəhərinə gedən müğənni acı xəbəri alan kimi təcili olaraq İstanbula qayıdıb.