“Ayla” filminin real qəhrəmanı olan Süleyman Dilbirliği həyatını itirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Cənubi Koreya müharibəsində koreyalı Kimə mənəvi atalıq edən Süleyman Dilbirliğinin həyatı Türkiyə istehsalı olan “Ayla” filmində canlandırılıb.
Qeyd edək ki, filmin Azərbaycanda ictimaiyyət üçün təqdimatı keçirilməsə də, dünən Nizami Kino Mərkəzində media nümayəndələri üçün qapalı nümayişi keçirilib.