8 Dekabr 2017 18:35
2 160
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Hüquq Ədəbiyyatı” ixtisaslaşmış kitab evində hüquq elmləri doktoru, professor Şəhla Səmədovanın rus dilində yeni çapdan çıxmış "Cinayət hüquqlarının problemləri: cinayətlərin təsnifatı, cinayət məsuliyyətinin differensiyası və sanksiyalarının quruluşu" adlı kitabının təqdimatı keçirilib.

Teleqraf.com xəbər verir ki, cinayət hüququ problemlərindən bəhs edən kitabda müəllif 15 illik təcrübəsini bölüşdüyünü qeyd edib:

"Kitabda müasir cinayət hüququnun 3 aparıcı strukturu - cinayətlərin kateqoriyaları, cinayət məsuliyyətinin differensiyasiyası və sanksiyaların tətqiqi əsas götürülüb. Kitabda cinayət məsələlərində olan ziddiyyətli məqamlar qarşılaşdırılıb. Bu monoqrafiyanın əsas məqsədi gələcəkdə cinayət hüququnun daha da humanistləşməsinə xidmək etməkdir.

Cinayət qanunvericiliyinə bir sıra dəyişikliklər edilib ki, bütün bunlara mən öz kitabımda geniş şərh vermişəm. Bununla belə, cinayət hüququ olduqca dərin sahədir və bu mövzuda dəyişikliklərə, humanistliklərə hər zaman ehtiyac var.

Düşünürəm bu monoqrafiya daha çox hüquq sahəsində magistr, elmi tədqiqat məsələlərində istifadə üçün çox faydalı olacaq".

Hüquq elmləri doktoru İlham Rəhimov da təqdimata qatılıb.

Cinayət hüququna dair çoxsaylı kitabların müəllifi İlham Rəhimov qeyd edib ki, bu kitab cinayət hüququ sahəsində yazılan ən qiymətçi monoqrafiyalardandır:

"Kitabda Şəhla xanım hüquq elminin bütün incəlikrinə toxunub desək, yanılmarıq. Kitabda mənim fikirlərimi də tənqidi şərh edib. Düşünürəm ki, bu kitab həm hüquq elminə, həm də praktik hüquq işçilərinə çox qiymətli hədiyyədir".

Təqdimatda hüquq sahəsində fəaliyyət göstərən bir sıra vəkillər, hüquq nümayəndələri iştirak edib.


Müəllif: