Azərbaycan Yazıçılar Birliyinin qurultayının vaxtının açıqlanması ədəbi çevrələrdə müzakirələrə səbəb olub. Belə ki, bir çoxları qurultaydan sonra Yazıçılar Birliyində köklü dəyişikliklərin olacağına ümid bəsləsə də, başqaları heç bir dəyişikliyin olmayacağını düşünür. Məsələyə münasibət öyrənmək üçün şair Kəmaləddin Qədimə müraciət etdik.
O, Teleqraf.com-a açıqlamasında qurultayın heç bir məsələni həll etməyəcəyini deyib: “Əslində heç nə həll olunmayacaq. Qurultayqabağı müəyyən kosmetik dəyişiklikər edildi. "Ədəbiyyat"qəzetinə, "Ulduz" jurnalına yeni baş redaktorlar təyin olundu. Qurultayın gedişi zamanı Birlik daxilində də bu cür dəyişikliklər ola bilər. Amma bunlar da heç nəyi dəyişməyəcək. Necə deyərlər, "köhnə hamam, köhnə tas". Bir qrup yenə də Yazıçılar Birliyinin imtiyazlarından gen-boluna istifadə etməkdə davam edəcək. Bir sözlə, bu dediklərimdən başqa mən qurultaydan heç nə gözləmirəm”.
Rövşən