22 Dekabr 2017 15:09
1 514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya TV-də aparıcı Fərqanə Gülağaqızının təqdimatında yayımlanan “Bu bizik” proqramının növbəti bölümü efirə gedib.

Teleqraf.com xəbər verir ki, verilişin budəfəki qonaqları müğənni Ceyhun Bakiniski və meyxanaçı Sadıq olub.

Şanson mahnıların ifaçısı Ceyhun müğənnilərin əcnəbi mahnı oxumasını qəbul etmədiyini deyib: “Öz mahnılarımız qala-qala gedib türklərin, iranlıların mahnılarını oxuyurlar. Onsuz da siz nə qədər çalışsanız da, o mahnıları nə türklər, nə də iranlılar kimi oxuya bilərsiz. Ona görə, öz musiqilərimizi ifa edin”.

Meyxanaçı Sadıq isə bəzi müğənnilərin keçmişi haqda fikirlər söyləyib:

“Bir çox müğənnilərimiz əvvəli başqa istiqamətdə çalışıb. Keçmişdə qarmon çalanlar, sintezatorda ifa edənlər bu gün müğənnilik edirlər. Niyə hamı bunu normal qarşılayır, ancaq meyxanaçı mahnı oxuyanda narahat olurlar?..”

Qeyd edək ki, Teleqraf.com “Bu bizik” proqramının informasiya dəstəkçisidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər