Türkiyəli aktyor Turan Özdəmir bu gün axşam saatlarında dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, çəkiliş zamanı aktyorun halı pisləşib.
"Dondurmam Qaymaq" filmindəki rolu ilə məşhur olan Turan Özdəmir "Kanal D"-də yayımlanan "Dostlar Məhəlləsi" filminin çəkilişlərilə əlaqədar İstanbuldakı evində yaşayırdı. O, burada infarkt keçirərək dünyasını dəyişib.
Turan Özdəmir 10 noyabr 1952-ci ildə Muğlada anadan olub. Hacettəpə Üniversitetinin Teatr fakültəsini bitirib. İzmir Dövlət Teatrında çalışıb. 2001-ci ildən etibarən filmlərə çəkilib.