Dünya TV-də aparıcı Fərqanə Gülağaqızının təqdimatında yayımlanan “Bu bizik” proqramının növbəti bölümü efirə gedib.
Teleqraf.com xəbər verir ki, verilişin bu dəfəki qonağı 80-ci illərdə parlayan tanınmış müğənni Azad Zamanov olub.
İndiki gənc müğənnilərlə yaşıdlarını müqayisə edən Azad Zamanov bəzi məqamlarla razılaşmadığını qeyd edib: “Bizim vaxtımızda bəstəkarlarla şairlər birlikdə əsər yaradırdılar. Müğənnilər də o əsərləri məsuliyyətlə ifa edib, insanlara təqdim edirdilər. Ona görə də, retro mahnılarımız bu qədər sevilir.
İndikilər efirə çıxan kimi başlayırlar ki, bu mahnının sözü də mənə məxsusdur, musiqisi də, elə özüm də oxuyacam. Başa düşə bilmirəm ki, bunun əsl peşəsi nədir? Axı siz kimsiz?”
Qeyd edək ki, Teleqraf.com “Bu bizik” proqramının informasiya dəstəkçisidir.