2 Fevral 2018 13:58
1 260
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya TV-də aparıcı Fərqanə Gülağaqızının təqdimatında yayımlanan “Bu bizik” proqramının növbəti bölümü efirə gedib.

Teleqraf.com xəbər verir ki, verilişin budəfəki qonaqları şair Könül Nazimqızı və tarzən Rövşən Zamanov olub.

Verilişdə müxtəlif mövzulara toxunan qonaqlar televiziya kanallarını tənqid ediblər. Könül Nazimqızı efirlərdə gec-gec görünməsini səviyyəli verilişlərin az olması ilə əlaqələndirib:

“İndi hansı kanalı açırsan, eyni adamları görürsən. Meyxanaçılar, şairlər mənası-məntiqi olmayan söz yığınını tamaşaçıya şeir kimi sırıyırlar. Mən belə verilişlərdə özümü necə görə bilərəm?”

Rövşən Zamanov sənət aləminin açıq bazar olduğunu qeyd edib:

“Başa düşürəm, bütün kanallar pul qazanmalıdır. Ancaq gərək dəyərli sənətkarlara da qiymət verələr, qonaq çağıralar. Hər şey pulla ölçülə bilməz”.

Qeyd edək ki, Teleqraf.com “Bu bizik” proqramının informasiya dəstəkçisidir.


Müəllif: Cabbar

Oxşar xəbərlər