Ötən ilin yayından Daxili İşlər Naziriyinin dəstəyi ilə çəkilməsinə başlanan İbad Hüseynov haqda filmin çəkilişləri yekunlaşıb.
Bu sözləri Teleqraf.com-a açıqlamasında filmin rejissoru Natiq Novruzov deyib.
Onun sözlərinə görə, “Xüsusi təyinatlı İbad-2” İbad Hüseynovun qəhrəmanlığı və erməni vəhşilikləri barəsindədir:
“Yeni filmimizdə ermənilərin ikinci Xocalı soyqırımı törətmək niyyətindən bəhs olunur. Filmdə İbad Hüseynovun iştirakı ilə Kişniş dağı, Polo təpəsi deyilən yerdə döyüşlər olub, ermənilərin artilleriyası məhv edilməsindən və bununla da onların bütün pis niyyətlərinin iflas olmasından danışılır. Rollarda Elçin Məmmədli, İbadın atası rolunda Nürəddin Mehdixanlı, anası rolunda Xalidə Quliyeva, qardaşı rolunda Rəşad Nuri və başqa 40 yaxın aktyor komandası ilə işləmişik. Filmin təqdimatı may ayının 28-i Cümhuriyyətin 100 illliyinə nəzərdə tutulub”.
Rejissor əlavə edib ki, hazırda İbad Hüseynov Türkiyəyə dəstək üçün Afrin əməliyyatı çərçivəsində Suriyaya gedib: “Orada ona “Türk dünyasının qəhərəmanı” adı verilib.