Məşhur simalarla çalışan türkiyəli gənc musiqiçi Toyqar Tezcan intihar edib.
Teleqraf.com xarici mediaya sitinadla xəbər verir ki, bu barədə məlumatı məşhur müğənni Şərəf Akay öz Tvitter hesabında paylaşaraq bildirib:
“Musiqiçi yoldaşımız Toyqar Tezcanı itirdik. İddialara görə, o, qız dostu ilə yaşadığı problemlərin depressiya səviyyəsinə çatması və buna dözə bilmədiyi üçün həyatına qəsd edib. Polis araşdırmasını davam etdirir. Əzizlərinə başsağlığı diləyirəm".
Qeyd edək ki, Toygar Tezcan Türkiyədə piano emalatxanasının yaradıcısı olub və uşaqlara piano dərsləri verib.