Səhhətimdə ciddi problemlər var. Analizlər verirəm, müalicə və müayinə olunuram.
Bu sözləri Teleqraf.com-a “Azərbaycanfilm” kinostudiyasının keçmiş rəhbəri, uzun illər “Mozalan” satirik kino-jurnalının baş redaktoru işləmiş yazıçı Eyvaz Borçalı deyib.
Yazıçı bildirib ki, müayinə və analizlər nəticəsində səhhətində şəkər xəstəliyi aşkar edilməyib:
“Bununla belə, müalicə alıram. Görək sonu necə olacaq. Hazırda işləmirəm, əsasən evdə oluram”.