20 Aprel 2018 14:40
1 446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Muğam Mərkəzinin “Etnik musiqi inciləri” layihəsi çərçivəsində Mərəkeş səfirliyinin dəstəyi ilə konsert proqramı keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Mərakeş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş çıxış edib.

Səfir qonaqlara Mərakeş mədəniyyəti və musiqisi barədə məlumat verib:

"Qnava üslubu Mərakeşin mədəni irsinin əsas istiqamətlərindəndir. Afrika, əsasən də Mərakeş folkloruna aid bu ənənəvi musiqi qitənin qəbilələrinin mətn, mahnı və rəqslərindən ibarət kompozisiyadır. Qnava musiqisi ruhsal musiqidir".

Səfir tədbirin reallaşmasında dəstək göstərən qurumlara, eləcə də Mugam Mərkəzinin rəhbərliyinə təşəkkür edib. O, qeyd edib ki, Mərakeşin Essauriya şəhərində hər il dörd gün ərzində Qnava Beynəlxalq Musiqi Festivalı keçirilir. Konsertdə Maalem Xoussam Quinia öz qrupu ilə Qnava üslubunda ifa nümayiş etdirir. Bu musiqi ənənəsini beynəlxalq səviyyəyə Led Zeppelin qrupundan məşhur ifaçılar Cimmi Peyc və Robert Plant, bəstəkar Adam Rudolf, caz pianoçusu və bəstəkar Rendi Veston, bas gitaraçı Bill Lasvel çıxarır.

Bu il İnnov Qnava qrupu Qremmi mükafatının “Ən yaxşı rəqs” nominasiyasına layiq görülüb.


Müəllif: İlhamə Əbülfət, Foto: Səfiyar Məcnun

Oxşar xəbərlər