30 Aprel 2018 12:48
6 732
12 Punto 14 Punto 16 Punto 18 Punto

68 yaşım var, birinci dəfə idi gecə klubuna gedirdim. Gedən kimi hamı xəbər tutdu. Qalmışam mat-məəttəl.

Bu sözləri Teleqraf.com-a müsahibəsində gecə klublarının birində qızlarla səmimi fotoları yayılan müğənni Əli Mirəliyev deyib.

Müsahibəni təqdim edirik.

- Əli müəllim, sosial şəbəkələrdə gecə klublarının birində qızlarla çəkilmiş fotolarınız yayılıb, nə məsələdir?

- Bəyəm mən rəqqasələrlə oturub-dura bilmərəm? İnsanlar nə düşünürlər ki? Yoxsa gedib məmurlarla oturub-durmalıyam? Mənimki musiqiçilərdi də...

- Hər dəfə gəncləri bu məsələlərə görə tənqid edirsiz. İndi qınaq obyekti olmaq necə hissdir?

- Mən elə bütün gün efirlərdə bu adamlarla bir yerdə oluram. Həmin adamlardı da... Başqa yerdə görəndə də şəkil çəkdirirlər. Bunlar iş adamı deyil ki, rəqqasədir. O da incəsənətin bir qoludur.

- Amma bu şəkillər verilişdə yox, gecə klubunda çəkilib...

- Nə olar ki? Mən gecə klubuna gedə bilmərəm? Mən insan deyiləm?.. Məndən başqa hamı gedir. Gecə klubu nədir ki? Oxuyurlar, mən də oturub qulaq asıram. Gedib oxumamışam ki. Dinləyici kimi qulaq asmışam.

- Canlı musiqiləri başqa məkanlarda da dinləmək olardı, niyə məhz gecə klubu?

- Mənim üçün maraqlı idi. Bilmək istəyirdim ki, gecə klubları nə deməkdir, orda kimlər iştirak edir, gənclər vaxtını necə keçirir... Bu, mövzu kimi mənə maraqlı olduğu üçün getmişəm.

- Gecə klublarına tez-tez getməyə başlamısız?

- 68 yaşım var, birinci dəfə idi gecə klubuna gedirdim. Gedən kimi hamı xəbər tutdu. Qalmışam mat-məəttəl. Getməkdə məqsədim o idi ki, cavanların nə işlə məşğul olduğunu, vaxtlarını necə səmərəli keçirdiklərini bilim. Bizim vaxtımızda belə şeylər yox idi.

- Məmnun qaldız?

- Səs-küy çox idi, səs başıma düşdü, qaçdım çıxdım getdim. Bu rəqqasələr də gəldilər şəkil çəkdirdilər. Simona Amiri efirdən tanıyırdım. Abırlı paltarda idi, açıq-saçıq geyinməmişdi.

- Bir də elə yerlərə gedəcəksizmi?

- Xeyr, heç vaxt. Birinci və axırıncı dəfə idi. Mənim elə yerlərdə nə işim var?


Müəllif: Xəzər Süleymanlı

Oxşar xəbərlər