Milli Kinomuzun 120 illiyi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı bir qrup veteran kino xadiminə pul mükafatları təqdim edib.
İttifaqın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, təqdim edilən pul mükafatları 2018-ci ildə yubileyləri qeyd edilən bir neçə kino xadimlərinə də şamil olunub.
Belə ki, qurum 4 nəfər kino xadiminə 350 manat,
1.Ramiz Əzizbəyli Xalq artisti - (70 illik yubiley)
2. Sabir Əli oğlu Vəliyev Əməkdar Mədəniyyət İşçisi – (80 illik yubiley)
3. Vadimir Dudniçenko Əməkdar Mədəniyyət İşçisi – (70 illik yubiley)
4.Miroslava İvanovna İsgəndərova Əməkdar Mədəniyyət İşçisi – (75 illik yubiley)
Əməkdar İncəsənət Xadimi Ənvər Əbluc və Əməkdar Mədəniyyət İşçiləri Nəriman Şıxəliyev, Şahin Qalabəyov, Lidiya Şarkovkina, Pərviz Quliyev, Rəfiqə Budaqlı, Akif Rüstəmov və Ədalət Yunusova isə 250 manat pul mükafatı təqdim edib.
Qurumun təsis etdiyi “Milli kino mükafatı”na (mükafatı 2000 manat) Azərbaycan kinosuna verdiyi töhfələrə və 75 illik yubileyi münasibətilə Xalq Artisti, professor Oqtay Mirqasımov layiq görülüb.