Ədəbi tənqidçi, “Azərbaycan” jurnalının baş reaktor müavini Əsəd Cahangir yazarların mütaliə seçiminə iradla yanaşıb.
Teleqraf.com xəbər verir ki, bu haqda özünün “feysbuk” səhifəsində yazan tənqidçi yazarların əsərlərində Gülbadamla Məmmədqulunun sevişməsindən başqa bir şey görmədiyini və bunu da birtərəfli mütaliə ilə əlaqələndirdiyini qeyd edib:
“Gəlin müzakirə edək: şair və yazıçıların ən böyük problemlərindən biri də budur ki, ancaq ədəbiyyat oxuyurlar. Məsələn, tutaq ki, din, yaxud fəlsəfə ilə o qədər də maraqlanmırlar. Bu da onların fikrinə bir məhdudiyyət gətirir. Onlarda Məmmədqulu ilə Gülbadamın sevişməsindən, ya da sevişməməsindən başqa bir şey tapa bilmirsən. Yəni əsər idraka qida vermir. Bu barədə nə fikirləşirsiniz?”