7 Sentyabr 2018 10:57
3 647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr edilmiş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Musiqili Teatrı üç səhnə əsəri ilə çıxış edəcək.

Teatrın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, sənət ocağı bu dəfə mötəbər tədbirə “O olmasın, bu olsun”, “Arşın mal alan” və böyük Hacıbəylilər nəslinin həyatından bəhs edən “Nuri-didə Ceyhun” tamaşaları ilə qatılacaq.

Festivalla bağlı fikirlərini bölüşən Musiqli Teatrın direktoru, Əməkdar İncəsnət Xadimi Əliqismət Lalayev deyib: “Üzeyir Hacıbəyli Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi ən böyük simalardan biridir. Müsəlman Şərqində novatorluğu ilə seçilən, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi olan bu dahi şəxsiyyət adını tarixə qızıl hərflərlə yazdırıb. Onun əsərləri dünya musiqisinin incilərindən sayılır. Hazırda kollektivimiz Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalına xüsusi hazırlaşıb. Festival tədbirləri çərçivəsində 3 tamaşa ilə çıxış edəcəyik. Sentyabrın 20-də, eyni zamanda, teatrımızın 109-cu mövsümünün açılış günüdür”.

Ə.Lalayev bildirib ki, teatrı öz pərdələrini “O olmasın, bu olsun” komediyası ilə açacaq. Tamaşaçılar əsərdə Xalq artisti, “Şöhrət” ordenli, milyonların sevimli gülüş ustası Afaq Bəşirqızını (Sənəm) və Əməkdar artist, “Zirvə” mükafatı laureatı Şövqi Hüseynovu (Məşədi İbad) görəcəklər. Sentyabrın 22-də saat 19:00-da “Arşın mal alan” operettası, ertəsi gün saat 19:00-da isə “Nuri-didə Ceyhun” (Əli Əmirli) tamaşası ilə teatrsevərlərin görüşünə gələcəyik.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər