21 Avqust 2014 12:15
1 346
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda “Dünya sübhdən günbatanadək” layihəsi çərçivəsində “Bakı sübhdən günbatanadək” layihəsi keçiriləcək.

“Azanfilm” studiyasından Teleqraf.com-a verilən məlumata görə, “Dünya sübhdən günbatanadək” Miroslav Dembinski və Maçyej Driqas tərəfindən yaradılmış orijinal layihədir.

Layihə dünyanın müxtəlif şəhərlərindəki kino məktəblərinin tələbələrinə və gənc rejissorlara silsilə seminarların keçirilməsinə əsaslanıb. Bir neçə həftəlik kurs müddətində tələbələr müəllimlərin nəzarəti altında qısametrajlı sənədli filmlər kolleksiyası üzərində birgə çalışırlar. Nəticədə şəhərin canlı təsviri kimi 60 dəqiqəlik sənədli film istehsal olunur.

Qeyd edək ki, layihə hər şəhərdə dörd mərhələdə yerinə yetirilir. Bu günə qədər 9 şəhərdə - Minks, Kiyev, Moskva, Pekin, Tokio, Tbilisi, Yerevan, Kişinyov və Bıdqoşda həyata keçirilən layihənin bu il Hindistan, Türkiyə və Azərbaycanda keçirilməsi nəzərdə tutulur. Ölkəmizdə layihənin təqdimatı İkinci Bakı Beynəlxalq Turizm Filmləri Festivalı çərçivəsində gerçəkləşmiş, ilk master klass da təşkil olunmuşdu. Növbəti master klasslar isə avqustun 21-dən sentyabrın 7-dək kimi davam edəcək. 20-yə yaxın gənc rejissorun iştirak edəcəyi təlimlər üçün Polşadan 8 nəfərlik müəllim heyəti Bakıya gəlib.

Məlumat üçün bildirək ki, layihənin tərəfdaşları Polşanın Adam Mikiyeviç İnstitutu, Polşa Kino İnstitutu, TVP 2 Polşa Milli Televiziyası, Belsat kanalı və Polşa Xarici İşlər Nazirliyidir. Layihənin Azərbaycandakı tərəfdaşı Mədəniyyət və Turizm Nazirliyi və “Azanfilm” studiyasıdır.

Nərmin


Müəllif:

Oxşar xəbərlər