7 Noyabr 2018 13:05
1 624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Rafiq Hüseynov (Rəmiş) "Şou ATV" verilişində qonaq olub.

Teleqraf.com-un məlumatına görə, sənətkar qohumlarından imtina etdiyini deyib.

"Əsgərlikdə, orda-burda olmuşam. Ana qayğısı görməmişəm. Anama pul verib gedirdim. Amma ona pul lazım deyildi, tək istəyi övladı idi.

Anaya yaxşı gün göstərmək lazımdır. Mənim qohumlarım da yox kimidir. Xəstə olanda yanıma gəlmədi, niyə onları qohum bilim? Heç nəyim olmayanda mənə nəsə vermədilər. İndi isə mənim hər şeyim var, amma onlara heç nə vermirəm. Yetim-yesirə əl tuturam".


Müəllif: Aygül Qarayeva