25 Noyabr 2018 20:15
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Minskdə "Uşaq Avroviziya-2018" mahnı müsabiqəsinin qalibi müəyyənləşəcək.

Teleqraf.com xəbər verir ki, "Minsk Arenada" keçiriləcək final yarışında rekord sayda - 20 ölkənin nümayəndəsi iştirak edəcək. Azərbaycanı təmsil edən Fidan Hüseynova səhnəyə yeddinci çıxacaq.

Mütəxəssislər səhnənin texniki imkanlarını yüksək qiymətləndiriblər. Beynəlxalq mahnı müsabiqəsinin icraçı direktoru Yan Ola Sand səhnənin səs və işıq effektindən razılığını bildirib.

"Minsk Arenada" Azərbaycan təmsilçisindən başqa Ukrayna, Portuqaliya, Qazaxıstan, Albaniya, Rusiya, Niderland, Belarus, İrlandiya, Serbiya, İtaliya, Avstraliya, Gürcüstan, İsrail, Fransa, Makedoniya, Ermənistan, Uels, Malta və Polşa təmsilçiləri beynəlxalq mahnı müsabiqəsinin final mərhələsində çıxış edəcəklər.

Xatırladaq ki, ilk "Uşaq Avroviziya" mahnı müsabiqəsi 2003-cü ildə keçirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər