Dekabrın 18-də İstanbulda II Azərbaycan Türkiyə Kardeşlik Ödülleri mükafatlandırma gecəsi keçiriləcək.
Teleqraf.com xəbər verir ki, iki qardaş ölkənin ən yaxşılarının seçiləcəyi gecə ”Eresin Hotels Topkapı”’da baş tutacaq.
Siyasətçilər, iş adamları və sənətçilərin mükafat alacağı tədbirə qatılanlar arasında türkiyəli məşhurlar Seren Serengil, Yılmaz Morgül, Cengiz Semercioğlu, Yaşar İpek, Uilma Elles, Selin Ciğerci, Ezo, Hakan Peker, Altan Gördüm yer alır.
“BHS Group”un rəhbəri Atakan Taşur ilə “Can” Media Qrupun rəhbəri Aysel Nazimin təşkil etdiyi tədbirdə sosial yardıma ehtiyacı olanlar üçün addımlar da atılacaq.
Ötən gün Atakan Taşur ilə birlikdə Kelebek Çocuklar Dərnəği tərəfindən mükafata layiq görüldüklərini deyən Aysel Nazim xeyriyyə aksiyalarının davamlı olacağını, II Azərbaycan Türkiyə Kardeşlik Ödülleri sayəsində bir çox xəstə və imkansıza kömək olacaqlarını bildirib.
Qeyd edək ki, tədbirin aparıcılığını Merve Akıncı və Şəhriyar Əbilov edəcək.