10 Dekabr 2018 15:55
1 299
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İrəli” İctimai Birliyinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanın İntellektual Birİncisi” layihəsinin 3-cü mövsümünə yekun vurulub.

Teleqraf.com xəbər verir ki, layihənin final mərhələsi Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunub.

Nazirliyin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov tədbirdə çıxış edərək belə layihələrin həyata keçirilməsinin əhəmiyyətindən danışıblar.

“İrəli” İB-nin sədri Mirhəsən Seyidov çıxış edərək bildirib ki, bu kimi intellektual yarışların keçirilməsi gənclərin bilik və bacarıqlarını sərgiləməsinə böyük töhfə və təkan verir.

Gənclərin maarifləndirilməsinə istiqamətlənən və ölkəmizin 11 regionunda 4 intellektual oyun üzrə baş tutan layihə çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, 70-dən çox rayondan 1500 gənc iştirak edib.

Layihənin yekununda “Vətəni tanı” oyunu üzrə Xətai rayonunun, “Axtar tap” oyununun nəticələrinə görə, Naxçıvan MR, “Nə, harada, nə zaman?”, “Xəmsə” oyunu üzrə isə Abşeron komandasının gənc intellektualları qalib adını qazanaraq, birincilik əldə ediblər.

Qalib komandalar medal, şəhadətnamə və hədiyyələrlə təltif olunublar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər