28 Avqust 2014 18:34
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Kino Mərkəzi avqustun 28-dən etibarən Amerika rejissorları Skott Derriksonun ekranlaşdırdığı “Bizi şeytandan xilas et” və Lyuk Qrinfildin “Polis kimi” filmlərinin nümayişinə başlayıb.

Teleqraf.com xəbər verir ki, dəhşət, triller, kriminal janrında çəkilmiş “Bizi şeytandan xilas et” filmi həyəcanlı məqamları ilə trillersevərlərin yadında qalacaq. Nyu-York polisi təhlükə və müəmma dolu silsilə cinayətlərin araşdırılması ilə məşğuldur. Şəhəri şeytan əməllərindən xilas etmək məqsədilə zabitlərdən biri kömək üçün ekzorsizm üzrə mütəxəssisə müraciət edir.

Rollarda Erik Bana, Edgar Ramires, Oliviya Mann, Kris Koy, Dorian Missik və başqaları çəkilib. Filmin yaş həddi: 18+

Növbəti “Polis kimi” filmi komediya, döyüş janrında çəkilib. Maskarad gecəsinə dəvət almış iki dost ora polis qiyafətində getməyi qərara alırlar. Amma real kriminal hadisənin içinə düşən Ryan və Castin əsl polis rolunu oynamağa məcbur qalırlar.

“Yadlar Amerikada” və “Heyvan” filmlərinin rejissoru Lyuk Qrinfildin yeni filmində baş rollarda Ceyk Conson və Nina Dobrev çəkilib.

Filmdəki digər rolları aktyorlar Deymon Vayans, Ancela Kereç, Endi Qarsiya, Ceyms D`Arsi, Rob Riqql, Nataşa Leqqero ifa ediblər.

Nərmin


Müəllif: