“Qatçina” muzeyində heykəl qalmaqalı yaşanıb. Muzeyə gələn vandalistlər “Fleyta çalan Satir” heykəlinin ayaq dırnaqlarını qırmızı rəngə boyayıblar. Belə ki, səhər muzey işçiləri muzeyə gələndə “Satir”in ayaqlarında pedikür olduğunu görüblər. Bu haqda məlumatı muzeyin direktoru Yelena Qladkova verib.
Heykəlin ayağındakı əlvan pedikür hər kəsin diqqətini cəlb edib. Muzey rəhbərliyi bunu edənləri tapmağa çalışsa da, həmin ərazidə nəzarətçi kameraların olmadığından buna müvəffəq ola bilməyib.
Yelena Qladkova öz açıqlamasında vurğulayıb ki, belə bir hadisə ilə o artıq rastlaşıb: “Bu, birinci dəfə deyil. Biz dəfələrlə vandalistlərin hücumlarına məruz qalmışıq. Hətta bir dəfə qrafitti ilə məşğul olan gənclər muzeyə hücum çəkib”.
Qeyd edək ki, “Satir”in ayağındakı lakı silmək mümkün olmadığından rəhbərlik həmin heykəlin yenisi ilə əvəzlənməsi – bənzərinin yaradılması istiqamətində işlər görür.
1937.az