14 Aprel 17:47
307

Azərbaycanın xalq artisti, müğənni Emin Ağalarov tanınmış aktyor Stiven Siqalın ad günündə Moskvada bir araya gəlib.

Teleqraf.com xəbər verir ki, Emin Ağalarov aktyorla birlikdə fotosunu İnstaqram hesabında paylaşıb.

O, fotoya "Mənim böyük qardaşım Stiven, bu axşamı sən və ailənlə birlikdə keçirdiyim üçün çox şadam" qeydini yazıb.

Paylaşım sosial şəbəkə istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb.


Müəllif: Teleqraf.com