7 May 2019 14:44
1 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış tərcüməçi Hamlet Qoca 77 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Hamlet Qoca 1942-ci ildə anadan olub. Xarici Dillər İnstitutunun Fransız dili şöbəsini bitirib.

Azərbaycan dilinə tərcümə ədəbiyyatı fonduna Gi de Mopassanın hekayələrini, Anri Truayanın hekayələrini, Jorj Simenonun "Malular ailəsi" romanını, Fransuaz Saqanın "Salam qüssə", Ann Flippin "Bir göz qırpımı", Mari Luiza Verin "Peretin nağılları", Nikol Villelmanın "Samba və Kinaro", Andre Moruanın "Fəslin çiçəkləri" , N.Visselmanın "Samba və Kinaro", "Fransız hekayələri", həmvətənimlimiz Ümmülbanunun "Qafqaz günləri" romanını töhfə edib.

Bir müddət Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda (1964-1966) çalışan Hamlet Qoca Mali Respublikasında tərcüməçi (1966-1968) işləyib. Tərcüməçilik fəaliyyətini davam etdirməklə yanaşı, Azərbaycanın Asiya və Afrika ölkələri ilə həmrəylik Komitəsinin katibi (1971-1980), Əlcəzairdə keçmiş Sovetlərin ölkəsinin səfirliyində bölmə müdiri (1980-1982), Azərbaycan Televiziya və Radio Şirkətində Qərb ölkələri üzrə baş redaktor vəzifələrində çalışıb.

Hamlet Qocanın "Tam-tamlar ölkəsində" (1971), "Afrikada görüşlərim" (1986), "Üç Afrika səfəri" (1988), "Fransızlar yurdum haqqında" (1990) və s. kitabları işıq üzü görüb.

Mərhumun son böyük işlərindən biri də 418 səhifəlik "Fransız ədəbiyyatı antologiyası" idi.

Xatırladaq ki, Hamlet Qoca Xalq şairi Fikrət Qocanın qardaşıdır.

Allah rəhmət eləsin.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər