Parkinson xəstəliyindən əziyyət çəkən şair Musa Yaqubun nəvəsi Nərgiz Gəray bu gün 82 yaşını qeyd edən babasının fotolarını sosial şəbəkədə paylaşıb.
Teleqraf.com xəbər verir ki, Nərgiz Yaqub Musa Yaqubla eyni gündə doğulan nəticəsi Musanın ona yaşamaq üçün stimul olduğunu vurğulayıb.
“82 bahar adlayan Musa Yaqubla, çiçək ömrü başlayan kiçik Musa Yaqubun ad gününə yığışmışıq...”, - deyə nəvəsi qeyd edib.