7 Sentyabr 2014 19:18
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaqif müəllimin vəziyyəti ortadır. Müalicəsi davam edir. Ancaq yay fəsli ilə əlaqədar iynələrin vurulması saxlanıb. İstilər qurtarsın, yenə davam edəcək. İndi bağdayıq, dincəlir”.

Teleqraf.com-un məlumatına görə, bu sözləri axar.az-a xalq şairi Vaqif Səmədoğlunun xanımı Nüşabə Vəkilova deyib.

Şairin həyat yoldaşının sözlərinə görə, V.Səmədoğlunun İsrailə yenidən müalicəyə aparılması planı yoxdur.

N.Vəkilova bildirib ki, V.Səmədoğlu arabir internetə daxil olur, şeirlərini paylaşır: “Bir-iki gün qabaq bir şeirini Facebook-da yaymışdı”.

Teleqraf.com sözügedən şeiri təqdim edir:

O gün

bir insan öldürmədi başqasını,

kəsildi müharibələrin səsi,

bir əclaf əli qalxmadı qadına.

Yaman sərxoş idim o gün...

O gün

yaşımı da, azarımı da unudub,

sarıldın 22 illik bədəninlə mənə,

gözlərini yumub, azacıq araladın dodaqlarını.

Yaman sərxoş idim o gün...


Müəllif:

Oxşar xəbərlər