Gəncə Dövlət Kukla Teatrının aktyoru, Əməkdar artist Nağəddin Məmmədov vəfat edib.
Teleqraf.com-un xəbərinə görə, aktyor uzun sürən xəstəlikdən sonra, 52 yaşında dünyasını dəyişib.
Nağəddin Məmmədov teatrda uzun müddət çalışıb. 2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Əməkdar artist fəxri adı ilə təltif edilib. Bir çox beynalxalq festivallarda iştirak edib.
Aktyorun son aylar xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.