9 Sentyabr 2014 09:53
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün dahi rus yazıçısı, publisist və filosof Lev Nikolayeviç Tolstoyun 186 yaşı tamam olur.

Axar.az xəbər verir ki, XIX əsr cəmiyyətinin realist mənzərəsini canlandıran "Hərb və sülh", "Anna Karenina" və “Dirilmə” əsərləri ilə dünya ədəbiyyatında roman janrının ən görkəmli nümunələrini yaradan L.T.Tolstoy bədii və fəlsəfi sözün yüksək zirvəsində qərar tutur. Tolstoy özünün əxlaqi-mənəvi əsərləri ilə – "Allahın səltənəti qəlbimizdədir" - XX əsrin Mahatma Qandi və Martin Lüter Kinq kimi şəxsiyyətlərinə ciddi təsir göstərib.

Qeid edək ki, Tolstoyun ilk hekayə və povestlərinin bir qismi Qafqaz həyatı ilə bağlıdır. Sonralar yazdığı məşhur "Kazaklar" və "Hacı Murad" povestlərinin və başqa əsərlərinin materiallarını da yazıçı Qafqazda toplayıb.

Ömrünün altmış ilini bədii yaradıcılığa həsr edən və dünya ədəbiyyatında ən yüksək yerlərdən birini tutan L.Tolstoy 9 sentyabr 1828-ci ildə Yasnaya- Polyanada zəngin bir ailədə dünyaya gəlib, 1910-cu il noyabr ayının 22-də dünyasını dəyişib və doğulduğu yerdəcə dəfn olunub./axar/


Müəllif:

Oxşar xəbərlər