21 Avqust 2019 00:36
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniya kəşfiyyatının agenti Ceyms Bond haqqında 25-ci film “No time to die” (“Ölmək vaxtı deyil”) adlanacaq.

Teleqraf.com xəbər verir ki, “agent 007” rolunda Deniel Kreyq çəkilib. Bundan başqa, yeni filmin Böyük Britaniya və ABŞ-da premyerasının 2020-ci il aprelin 3-də və 8-də baş tutacağı bildirilir.

Bu ilin aprelində məlum olmuşdu ki, “Bondiananın” 25-ci seriyasında Deniel Kreyqlə yanaşı, amerikalı aktyor Rami Malek, fransalı aktrisa Lea Seydu, həmçinin britaniyalılar Reyf Fayns və Ben Uişou çəkilirlər. Filmdə, həmçinin Bondun istefası ilə bağlı Mi-6-nın yeni agenti də peyda olacaq. Onu britaniyalı aktrisa Laşana Linc canlandıracaq. Yeni filmin adı bütün bu müddət ərzində gizli saxlanılırdı.

“Bondiananın” birinci filminin premyerası 1962-ci il oktyabrın 8-də Londonda olub. Ceyms Bond haqqında filmlərin bütün çəkilişləri tarixində “agent 007”ni altı aktyor canlandırıb: Şon Konneri, Corc Lezenbi, Rocer Mur, Timoti Dalton, Pirs Brosnan və Deniel Kreyq


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər