Prezident İlham Əliyev Bakı Xoreoqrafiya Akademiyasının yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncamda Azərbaycanda xoreoqrafiya sənəti ənənələrinin qorunması və inkişaf etdirilməsi zərurətini nəzərə alaraq, bu sahə üzrə yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında ümumi, orta ixtisas və ali təhsil proqramlarını həyata keçirən Bakı Xoreoqrafiya Akademiyası yaradılması qeyd olunub.
Qeyd olunub ki, Mədəniyyət və Turizm Nazirliyi aidiyyəti qurumlarla birlikdə bu sərəncamın 1-ci hissəsində qeyd olunan Bakı Xoreoqrafiya Məktəbinin binasının yerləşdiyi sahədə Bakı Xoreoqrafiya Akademiyası binasının tikilməsi, zəruri avadanlıqlarla təchiz edilməsi ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etsin.
Nazirlər Kabinetinə tapşırılıb ki, Bakı Xoreoqrafiya Akademiyasının nizamnaməsinin layihəsi iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Səxavət