Mədəniyyət kanalında yayımlanan "Görüş yeri" verilişinin aparıcısı Nurlana Cəfərovanın Yarat Müasir İncəsənət Mərkəzində "Hər iki mən" kitabının təqdimatı baş tutub.
Teleqraf.com xəbər verir ki, ilk şeirlər toplusu odərc edilən aparıcı təəssüratlarını bölüşüb: "Kitabım ötən ilin dekabrında nəşr olunub, amma təqdimatı bu gündür.
Kitabımın ön sözünü xalq şairimiz Vahid Əziz yazıb. Nəinki onun hətta kitab dərc edilmədən öncə bir çox şairlərin fikirlərini almışam.
Sözsüz ki, mənim böyüklərə hörmət və rəğbət bəsləyən insan kimi bunu etmək borcum idi. Biz bir çox bəstəkalarla çalışmışıq. Mənə əvəzsiz sənətkar Faiq Sücəddinovla çalışmaq böyük zövq verib".
Gecədə iştirak edən əməkdar incəsənət xadimi Faiq Sücəddinov isə Nurlana Cəfərova haqqında bu sözləri deyib: "Azərbaycan çox yazıçılar, şairlər yetişdirib- böyük Səməd Vurğundan başlayaraq Nəbi Xəzri, Fikrət Qoca, Baba Vəziroğlu və bir çox yaradıcı insanlar. Mən
çox istəyərdim şeirlərində vətən, Azərbaycan və böyük hərflərlə yazılan sözlər olsun. Mən sizi və ailənizi təbrik edirəm".
Qeyd edək ki, gecədə Oksana Rəsulova "Dram", Eldar Qasımov "Bax uçuram", Fariz İlyasov "Sən və Mən", Azər Süleymanlı "Hədiyyə" və s. bir çox qonaqlar şeir və musiqilər səsləndiriblər.