Müğənni-bəstəkar Emin Rusiyanın “Elle” saytına özü haqqında bilinməyən 18 faktı açıqlayıb.
Axşam.az ifaçının qısa müsahibəsini təqdim edir:
1. Biznes, yoxsa müğənnilik fəaliyyəti?
- İkisi də eyni səviyyədədir...
2. Uşaqlar...
- Mən indi atayam, iki oğlum var, daha məsuliyyətli olmalıyam, onlarla çox vaxt keçirməliyəm.
3. Xasiyyətin...
- Romantik və hər şeyi ölçüb-biçən.
4. Geyim tərzi...
- Qarışıq.
5. Ailə...
- Bizim ailə biznesimiz var, buna görə də mən bu sahədə təhsil almışam. Hər zaman musiqi ilə məşğul olmaq istəmişəm. İndi biznesimlə yanaşı, arzumu da reallaşdırıram.
6. İstirahət yerin...
- “Ağalarov Steyt”.
7. Ən yaxşı konsert...
- Şade və Çelentano...
8. Kumir...
- Biznesdə atam Araz Ağalarov, musiqidə isə Müslüm Maqomayev...
9. Sevimli mahnın...
Onu hələ bəstələməmişəm.
10. Sevimli aktyorun...
“Xaç atası” filmindəki Maykl
11. Gizli bacarığın...
Çətindir... Bilmirəm.
12. Dünyanın ən gözəl qadını...
- Anam.
13. İlk qazandığın pul.
- 15 yaşımda texniki vasitələrin satıldığı mağazada çalışırdım, onda qazanmışam.
14. Evin...
- ABŞ-da, Moskvada və Bakıda evim var. Ona görə də, hər yerdə özümü rahat hiss edirəm.
15. Qadındakı ən önəmli xüsusiyyət...
- Ciddilik, tərbiyə və düzgünlük.
16. Sevdiyin ətir...
- “Tom Ford” və “Vera Vang”
17. Səhər yeməyi…
- İki variant var: ya pomidor, ya da süd ilə yulaf.
18. Çay, yoxsa qəhvə?
-Ya çay, ya da qəhvə. Müştərilər çay istəyəndə çay, qəhvə istəyəndə qəhvə, viski istəyəndə isə viski içirəm.