14 Mart 2020 00:43
1 987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın paytaxtı Moskvanın “Jurnalistlər evi”ndə Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Teərafat.com xəbər verir ki, Azərbaycan Respublikasının Rusiyadakı səfirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı, həmçinin Beynəlxalq Türk mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə keçirilən gecədə hər iki ölkənin tanınmış nümayəndələri iştirak ediblər.

Ədəbi gecə Xalq şairi Vaqif Səmədoğlunun həyatından bəhs edən filmin nümayişi ilə başlayıb.

Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, yazıçı Anar, Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Babayeva-Vəkilova, şairə Afaq Şıxlı və başqaları iştirak edib.


Müəllif: Teleqraf.com