Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkənin müstəqilliyinin 29-cu ildönümü ərəfəsində güney azərbaycanlı alim, professor Hüseyn Məhəmmədzadə Sədiqini “Dostluq” ordeni ilə təltif edib.
Teleqraf.com xəbər verir ki, Məhəmmədzadə Sədiqi böyük türk şair və filosofu Əlişir Nəvainin əsərlərinin tədqiqi və nəşrində göstərdiyi fəaliyyətinə görə təltif olunub.
Məhəmməzadə Sadiqi təqaüddə olan universitet müəllimi, “Təkderəxt” Nəşriyyat Evinin sahibi və tərcüməçidir. O, türk dili, ədəbiyyatı və tarixi haqda 200 cilddən çox kitabın müəllifidir.