Türk teatrının təcrübəli aktyoru, serialların tanınmış siması Atilla Pekdemir 81 yaşında vəfat edib.
Teleqraf.com xəbər verir ki, sənətçi 2 il öncə ağciyər xərçəngindən müalicə alıb.
Bir müddət öncə o, dünyanı cənginə almış koronavirusa yoluxub və müalicə olunaraq sağalıb. Ancaq koronavirusun aktivləşdirdiyi ağciyər xəstəliyi məşhur aktyorun həyatına son qoyub.
Atilla Pekdemir İzmirdə dəfn ediləcək.