Məşhur türk rejissor Çağan İrmak və aktyorlar Farah Zeyneb Abdullah, Mehmet Günsür, Kerem Bürsin Bakıya gələcək.
Teleqraf.com –un xəbərinə görə, onlar noyabr ayının 17-də Nizami Kino Mərkəzində keçiriləcək “Unutursam fısılda” filminin Qala gecəsində iştirak edəcəklər. Mərkəzdən verilən məlumata görə, Qala gecəsinə filmin 13 yaradıcı heyəti qatılacaq.
Qeyd edək ki, tamaşaçılar Qala gecədə iştirak etmək, aktyorları yaxından görmək üçün 15 manat ödəməlidirlər.
Məlumat üçün bildirək ki, ssenarisi və rejissorluğu Çağan İrmaka məxsus olan “Unutursam fısılda” filmi Türkiyədə oktyabr ayının 29-da geniş ekranlara çıxacaq.
Film Tarık adlı musiqiçi ilə qurduğu xəyallarının ardınca İstanbula gələn gənc kəndli qızı Aypərin həyat hekayəsindən bəhs edir. Tamaşaçı ekran əsərində Aypərin məşhurluğa gedən yolunu, doğulub- böyüdüyü kəndə qayıda bilməsinin səbəblərini və bacısı ilə üzləşəndən sonra keçmişi ilə hesablaşmasına tamaşa edəcək.
Filmdə Aypəri rolunu musiqiləri ilə bir dönəmə damğa vuran Hümeyra canlandırır. Onun gənclik illərini isə son zamanların məşhur aktrisası hazırda “Qurt Seyid və Şura”da rol alan Farah Zeyneb Abdullah oynayır. Aypərin dəstəkçisi, aşiq olduğu Tarık rolunu isə “Möhtəşəm yüz il”in Şahzadə Mustafası ilə məşhurlaşan Mehmet Günsür yaradır.
Nərmin