28 Oktyabr 2014 14:31
1 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rejissor Fariz Əhmədovun çəkdiyi “Mayak” filmi iki beynəlxalq festivaldan mükafatla qayıdıb.

Rejissor Teleqraf.com-a açıqlamasında bildirib ki, film Çinin Cian şəhərində keçirilən 5-ci Sian Beynəlxalq Video Festivalında “Ən yaxşı ssenari”, 1-ci İpək Yolu Beynəlxalq Film Festivalında “Tamaşaçı rəğbəti” mükafatına layiq görülüb.

Qeyd edək ki, “Mayak” Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Bu meydan, bu ekran-2011” müsabiqəsinin qalib kinolayihələrindən biridir. Rejissor ekran əsərinin süjet xətti barədə bunları deyib: “Film vaxtilə ayrılmış ailənin taleyindən və ata ilə oğul arasında olan münasibətlərdən bəhs edir. Əsas konflikt hərbçi ata ilə narkoman oğul arasında yaşanır. Ana ikinci dəfə ailə qurur və birinci nigahdan olan oğlu narkomaniyaya düçar olur. Ata isə Xəzər dənizində olan adaların birindəki mayakda işləyir. Demək olar ki, quru ilə əlaqəsi yoxdur. Günlərin bir günü ana görür ki, uşaqla bacara bilmir və birinci yoldaşına zəng edir. Ata oğlunu götürərək bu adaya aparır. Bütün münasibətlər burda- heç kimin yaşamadığı adada baş verir”.

Filmdə əsas rolları Məmməd Səfa, ƏR-Toğrul, Gülzar Qurbanova canlandırıb. Filmin ssenari müəllifi Esmira Eyyub, quruluşçu operatoru Nizami Abbas, rəssamı İbrahim Əminov, bəstəkarı Rauf Əliyev, prodüserləri Rəşad Qasımov və Rasim Salmanovdur.

Nərmin


Müəllif:

Oxşar xəbərlər