12 Aprel 2021 00:27
2 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniya aktyoru Entoni Hopkins "Ən yaxşı kişi rolu" nominasiyası üzrə Britaniya Film və Televiziya İncəsənəti Akademiyasının (BAFTA) mükafatına layiq görülüb.

Teleqraf.com xəbər verir ki, aktyor mükafatı rejissor Florian Zellerin "Ata" (“The Father”, 2020) dram filmindəki roluna görə qazanıb.

Bu, Entoni Hopkinsin üçüncü "bürünc maskası"dır. Daha əvvəl o "Kölgələr ölkəsi" (“Shadowlands”, 1993-cü il) və "Quzuların Sükutu" (“The Silence of the Lambs”, 1990-cı il) filmlərindəki rollarına görə Britaniya Film və Televiziya İncəsənəti Akademiyasının mükafatlarına layiq görülüb.


Müəllif: Teleqraf.com