Gənc Tamaşaçılar Teatrının aktyoru Ələsgər Qurbanəliyev koronavirusdan dünyasını dəyişib.
Teatrın mətbuat xidmətindən Teleqraf.com-a daxil olan məlumata görə, aktyor bu gün 73 yaşında vəfat edib.
Ailə üzvlərinin verdiyi məlumata görə, aktyor ev şəraitində müalicə alıb. O, ailə qəbrisitanlığında dəfn ediləcək.
Qeyd edək ki, Ələsgər Qurbanəliyevin qardaşı da bir ay əvvəl koronavirusdan dünyasını dəyişib.