1 Noyabr 2014 11:12
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İnsanlar gizlində hər şeyi edirlər, amma aktrisa bir kadra çəkilir, o dəqiqə hamı bundan danışır. Onlar başa düşmürlər ki, aktrisa bundan qorxsa, heç kadra çəkilməz”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında gənc aktrisa Zülfiyyə Qurbanova deyib.

O bildirib ki, aktrisanın çərçivələri olmamalıdır: “Azərbaycan ”mentalitetlərin" birləşdiyi ölkədir. Nə istəsəniz burda var: məsələn, bir aktrisa filmdə aktyorla, yəni tərəf müqabili ilə sizin açıq dediyiniz, mənim normal qəbul elədiyim səmimi səhnələrdə: öpür, əlindən tutur, başını dizinin üstünə qoyur və s. estetik çəkilmiş səhnələrə çəkilir. Amma günlük həyatımızda dərs adı ilə evdən çıxan, amma gününü sevgilisinin evində keçirən bir qız evə gəlir və televizorda bayaq dediyim səhnəni görür və deyir: “Ata, necə tərbiyəsizdirlər”.

Bir vaxtlar məhz açıq-saçıq səhnəyə görə ona təklif olunan roldan imtina etdiyini deyən aktrisa bunu tamaşaçı fikrinə görə etmədiyini deyir: “O rol beynimin qavrayacağından açıq səhnə olduğuna görə imtina etdim. Bizim rejissorlar bu səhnələrə çəkilmək üçün xarici aktrisalardan daha çox adi tamaşaçıya üz tutur. Aktyorluqla heç bir əlaqəsi olmayan qızlar bu səhnələrə çəkilirlər. Belə çıxır ki, onlar aktrisalardan daha cəsarətlidirlər. Bir də ki, səhnənin necə çəkilməyindən çox şey asılıdır. Baxdığınız film sizi o qədər cəlb edə bilər ki, buna heç fikir də verməzsiniz. Amma film elə çəkilə bilər ki, ilk andan o səhnə adamın gözünə girə bilər. Bu məsələdə əsas yük rejissorun üzərinə düşür”.

Pərvin


Müəllif: