31 May 2021 12:25
3 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nurlan Əzizbəyli sosial şəbəkədə əmisi, xalq artisti Ramiz Əzizbəylinin səhhətinin ağırlaşdığını bildirib.

Teleqraf.com xəbər verir ki, müğənni İnstaqram səhifəsində xalq artisti ilə fotosunu paylaşaraq "Canım əmim, Allah səni qorusun. Dostlar, dualarınıza ehtiyacım var", - deyə qeyd edib.

Saytımızın əməkdaşı xalq artistinin qızı Cəlalə Əzizbəyli ilə əlaqə saxlayıb. "Atamın səhhəti orta-ağır olaraq qalır", - deyə o, yayılan xəbərə reaksiya göstərib.

Qeyd edək ki, Ramiz Əzizbəylinin qızı da koronavirusa yoluxub. Hər ikisi Zığ qəsəbəsində yerləşən modul tipli hospitala yerləşdirilib.



Müəllif: Rəqsanə Həsənova