Birinci vitse-prezident Mehriban Əliyeva mərhum xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanması xərclərini öz üzərinə götürüb.
Musa Yaqubun oğlu Şəhriyar Yaqubov Teleqraf.com-a açıqlamasında Mehriban Əliyevaya təşəkkür edib: "Bizə məlumat verildi və bildirildi ki, Mehriban Əliyeva qəbirüstü abidənin hazırlanmasının bütün xərclərini öz üzərinə götürüb. İnşallah yaxın günlərdə hazırlıqlara başlanılacaq. Mehriban xanım Əliyevaya ailə üzvlərimiz adından təşəkkür edirik. Allah köməkləri olsun!".
Qeyd edək ki, Musa Yaqub mayın 7-də İsmayıllı rayonunun Buynuz kəndində dünyasını dəyişib. O, kənd qəbiristanlığında, həyat yoldaşının yanında dəfn edilib.