Teatr Xadimləri İttifaqında "Mədəniyyətimiz –Tariximiz" silsiləsindən Əbdürrəhim bəy Haqverdiyevə həsr olunmuş tədbir keçirilib.
Teleqraf.com xəbər verir ki, görkəmli ziyalılar, sənət adamlarının iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə İttifaqın sədr müavini, xalq artisti Hacı İsmayılov açıb.
O, Əbdürrəhim bəy Haqverdiyevin keçdiyi şərəfli ömür yolu, onun milli mədəniyyətimizə bəxş etdiyi dəyərli sənət inciləri barədə danışıb.
Bakı Dövlət Universiteti "Multimedia və elektron kommunikasiya" kafedrasının müdiri, filologiya elmləri doktoru Allahverdi Məmmədli çıxışında Əbdürrəhim bəy Haqverdiyev yaradıcılığını ətraflı təhlil edib.
Əməkdar artist, rejissor Nicat Kazımov isə Ə.Haqverdiyevin əsərlərinin teatr sənətimizin inkişafındakı rolundan və quruluş verdiyi "Pəri Cadu" tamaşasından danışıb.