10 Noyabr 2014 20:38
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 12-13-də Cənubi Afrika Respublikasının (CAR) Cohannesburq şəhərində Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi və CAR-da demokratiyanın bərqərar olunmasının 20 illiyinə həsr edilən “Qəbələdən Cohannesburqa. Müsiqi sərhəd tanımır” adlı, klassik musiqi konserti keçiriləcək.

Teleqraf.com-un məlumatına görə, tədbir Azərbaycan Respublikasının CAR-dakı səfirliyi, Mədəniyyət və Turizm Nazirliyi və CAR-da fəaliyyət göstərən “Azərbaycanın dostları” qeyri hökumət təşkilatının birgə təşkilatçılığı ilə keçiriləcək.İstedadlı azərbaycanlı musiqiçi Yalçın Adıgözəlovun dirijorluğu ilə keçəcək konsertdə solistlər Səidə Tağı-zadə və Aleksey Miltyuxun Qara Qarayev, Fikrət Əmirov, Soltan Hacıbəyov və başqa korifeylərin yaradıcılıqlarından klassik musiqilər ifa edəcəklər.

Konsertin proqramına, Sevda İbrahimovanın “Etiraflar” adlı dünya premyerası da daxil olunub. Xatırladaq ki, Cohannesburq Filarmonik Orkestri hər il təşkil olunan Qəbələ Musiqi Festivalında iştirak edib və indi ilk dəfə olaraq CAR-da Azərbaycan klassik musiqisinə həsr edilmiş konsert keçirəcək.


Müəllif:

Oxşar xəbərlər