11 Noyabr 2014 20:33
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcü müğənnisi və kino aktyoru, “Mimino” filminin ulduzu Vaxtanq Kikabidze Ukraynanın “gordonua.com” saytına müsahibə verib.

Publika.az-ın verdiyi xəbərə görə, aktyor Rusiya tamaşaçısı üçün darıxdığını, xalq və siyasətçilərin müxtəlif anlayışlar olduğunu deyib.

Ukrayna saytı xatırladır ki, V.Kikabidze Gürcüstan SSR-nin xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, Gürcüstan Dövlət mükafatı laureatı, Müqəddəs Konstantin medalı və saysız-hesabsız mükafatların sahibidir. O, Rusiya tərəfindən Dostluq ordeni ilə də mükafatlandırılmışdı. Lakin 2008-ci ildə Rusiyanın hərbi təcavüzünə etiraz olaraq bu ordeni Rusiya Federasiyasının prezidenti Dmitri Medvedevdən qəbul etməkdən imtina etdi. Gürcü aktyoru “böyük pravoslav ölkənin” “kiçik pravoslav Gürcüstan” ərazisinə soxulmasını bağışlaya bilmədi.

V.Kikabidze o zamandan etibarən Rusiyada olmayıb: “Mən Rusiya tamaşaçısı üçün çox darıxıram. Rusiyadan çoxlu məktub alıram, məni bu ölkəyə dəvət edirlər. Amma çoxsaylı təkliflərdən imtina etməli oluram. Mən fahişəyə oxşayıram? Əgər Tiflisin 30 kilometrliyində tikanlı məftillər varsa, bu təklifləri necə qəbul edə bilərəm?”

Kiyevdəki Maydan hadisələrinə toxunan Kikabidze qeyd edib ki, bu hadisələrin Kiyevin mərkəzində deyil, doğma Tiflisin Respublika Meydanında baş verdiyi kimi qəbul edib: “Sanki 2003-cü ildə Mixail Saakaşvili və onun tərəfdarlarının rəhbərliyi altında "Qızılgül inqilabı" baş verir. Gürcüstanda həmin vaxt islahatlar dövrü başlandı. Yalnız yaşım mənə Maydanda ukraynalıların yanında olmağa mane oldu. Gürcülər bütün yaxşı insanlar kimi Ukraynanı dəstəkləyirlər".

Kikabidze hesab edir ki, Rusiya Gürcüstanı hələ uzun müddət dinc yaşamağa qoymayacaq.

Gürcü aktyoru bundan əvvəl Ukrayna mediasına verdiyi müsahibə Ukraynanın nüvə silahına malik olmasının vacibliyini dilə gətirmişdi. O, Rusiya prezidenti Valdimir Putini “qara gücün siyasətçisi” hesab edir.

Kikabidze “Bağışlayın, daha danışa bilmirəm. Mən xəstəxanadayam. Ukraynaya xoşbəxtlik diləyirəm" deməklə ukraynalı jurnalistlə vidalaşır.


Müəllif:

Oxşar xəbərlər