6 May 2014 15:11
1 489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüseyn Cavidin Ev Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə “Heydər Əliyev-91” sərgisi açılıb.

Sərgidə ulu öndər Heydər Əliyevin Hüseyn Cavid irsinə, yaradıcılığına göstərdiyi qayğı və dəstəyi əks etdirən sənədlər, kitablar, eləcə də dahi rəhbərin Sərəncamı ilə çap edilmiş muzeyin nəşrləri, həmçinin muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının 2013-cü ildə Heydər Əliyevin 90 illik yubileyinə həsr etdiyi “Heydər Əliyev və Hüseyn Cavid” monoqrafiyası yer alıb.

Bundan əlavə, sərgidə “Ömrün üç günü”, “Hüseyn Cavid” (albom- kitabı), “Müstəqilliyimiz əbədidir” və “Heydər Əliyev-90 (“Fateh”, “Fəthin yolu”, “Ümid qapısı”)” çoxcildlikləri, “Azərbaycan oxusun” kitabı, AMEA Hüseyn Cavidin Ev Muzeyinin yaranması və fəaliyyəti haqqında mühüm sənədlər nümayiş etdirilir.

Sərgi mayın 10-dək davam edəcək.


Müəllif: